Bank Of Baku

ARDNF bu il investisiyaların əksər hissəsini inkişaf etmiş ölkələrə yatırıb

ARDNF bu il investisiyaların əksər hissəsini inkişaf etmiş ölkələrə yatırıb
# 25 oktyabr 2019 15:51 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin sentyabrın 30-a investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 35,45% təşkil edib.

APA-Economics”in ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 33,25%, Şimali Amerika 23,71%, Avstraliya-Yeni Zelandiya 2,12%, Yaxın Şərq 0,7%, Cənubi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,72% təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,85%, inkişaf etməkdə olan ölkələrin payı 31,43%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 4,72% olub.

Bundan başqa, hesabat dövründə ARDNF-in investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 69,6%, səhmlər 13,4%, daşınmaz əmlak 5,6%, qızıl isə 11,4% təşkil edib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 42 524,30 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR