Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.12.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 64,8% (ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 14,4% (2 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 8,8% təşkil edib (1,2 faiz bəndi artım). Sərmayələrin qalan 12%-i qızılın payına düşüb (0,1 faiz bəndi azalma).
Qeyd etmək lazımdır ki, 31.12.2022 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 63,9%, 16,4%, 7,6% və 12,1% səviyyəsində olublar.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (32,7%), Cənubi Amerika (0,1%), Avropa (30,5%), Yaxın Şərq (0,3%), Afrika (0,1%), Avstraliya / Yeni Zelandiya (0,7%) və Asiya / Sakit Okean (14,8%)
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 065,44 mln. dollara çatıb.