Bank Of Baku

"AtaSığorta"nın rəhbəri şirkətdən ayrılıb - Eksklüziv

"AtaSığorta"nın rəhbəri şirkətdən ayrılıb - Eksklüziv
# 02 sentyabr 2022 09:58 (UTC +04:00)

"AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov şirkətdən ayrılıb.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, sentyabrın 2-dən Orxan Məmmədov öz ərizəsi ilə işdən çıxıb. Səhmdarların növbəti qərarına qədər İH-nin sədr vəzifəsinin müvəqqəti icrası İH-nin sədr müavini Xətai İsmayılova tapşırılıb.

Qeyd edək ki, O.Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR