"AtaSığorta" şirkətinin idarə heyətinin sədri Xətai İsmayılov şirkətdən ayrılıb.
Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, X. İsmayılov yanvar ayının 8-dən etibarən vəzifəsindən kənarlaşıb. Onun vəzifəsini hələlik sədr müavini Seymur Əliyev icra edir. Seymur Əliyevin sığorta şirkətinin idarə heyətinin yeni sədri təyin ediləcəyi gözlənilir.
Xatırladaq ki, X. İsmayılov 2022-ci ilin sentyabr ayında “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.