Bank Of Baku

Auditorlar Palatasının sədri: Bank sektorunun audit göstəricisi qənaətbəxşdir

Auditorlar Palatasının sədri: Bank sektorunun audit göstəricisi qənaətbəxşdir
# 30 dekabr 2023 14:42 (UTC +04:00)

Azərbaycanda bank-sığorta sektorunda auditin keçirilmə göstəricisi qənaətbəxşdir.

Bunu "APA-Economics"ə açıqlamasında Auditorlar Palatasının sədri Vahid Novruzov deyib. O bildirib ki, hər iki sektor audit qanunvericiliyinə ən yaxşı riayət edən sahələrdir. Auditin keçirilmə faizi həm bank, həm də sığorta sektorunda qənaətbəxşdir.

2023-cü ildə bağlanan iki banka ("Günay Bank" və "Muğan Bank"da) verilən audit rəylərinə gəlincə, Vahid Novruzov bu rəylərin kim tərəfindən necə verilməsi barədə məlumatsız olduğunu deyib. O əlavə edib ki, əvvəllər auditorlar sadəcə təqdim edilən sənədlər əsasında rəy verirdi. Sənədlərdə əks olunmayan və ya sonradan ortaya çıxan nöqsanlara görə öhdəlilik daşımırdı. İndi isə yeni tələblər tətbiq edilir. Auditor təqdim edilən sənədlərlə yanaşı, həm də vəziyyəti praktik olaraq müəyyən etməlidir. Aşkarlanan nöqsanlar dərhal müvafiq qurumlara bildirilməlidir. Əks halda auditor qanun qarşısında məsuliyyət daşıyır.

"Auditorlar Palatası 2023-cü ildən auditorun şəxsi kabineti sistemini istifadəyə verib. Bütün bağlanan müqavilələri, verilən rəylər, rəylərin hansı adla, keyfiyyətlə verilməsi, rəy verməkdən imtina halları, bir auditorun verdiyi rəylərin sayı, rəylə bağlı müqavilənin qiyməti və bu kimi digər məlumatları izləyə bilirik. Yəni, prosesi tənzimləmək daha da asanlaşıb, qabaqlayıcı tədbirlər mümkündür" - Palata sədri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR