İlkin hesablamalara görə, ötən il Avrozonada ÜDM-in real artım tempi 5,2% təşkil edib.
"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, təkcə IV rübdə real ÜDM rüblük müqayisədə 0,4%, illik müqayisədə isə 4,6% artıb.
Qeyd edək ki, IV rübdə illik ifadədə ən yüksək artım tempi İtaliya (6,4%), İsveçrə (6,1%) və Portuqaliyada (5,8%) qeydə alınıb.