Bank Of Baku

AYİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

AYİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib
# 31 mart 2022 13:21 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb.

"APA-Economics"in AYİB-ə istinadən verdiyi məlumata görə, bu il ölkə iqtisadiyyatının 5% artacağı gözlənilir ki, bu da ötən ilin noyabr ayında verilən proqnozla müqayisədə 1,8 faiz bəndi çoxdur. 2023-cü il üçün isə 2,5%-lik artım vəd edilir.

AYİB-ə görə, Azərbaycan iqtisadiyyatı artan neft qiymətlərindən və Avropa ölkələrinin alternativ neft və qaz tədarükçülərinə keçməsindən faydalana bilər. Bank bildirir ki, uzun müddətdə mümkün post-münaqişə ssenarilərinin iqtisadi nəticələrini hazırda qiymətləndirmək çətindir, lakin bu regiondakı ölkələr üçün ciddi ola bilər. Münaqişə səngisə belə, eskalasiyanın davamlı riski investisiya mühitinə və maliyyələşdirmə şərtlərinə mənfi təsir göstərməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR