Bank Of Baku

AYİB Azərbaycanda ilk günəş elektrik stansiyasına ayırdığı vəsaiti açıqlayıb

AYİB Azərbaycanda ilk günəş elektrik stansiyasına ayırdığı vəsaiti açıqlayıb
# 02 avqust 2022 15:53 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ilk günəş elektrik stansiyasına 21,4 milyon dollar sərmayə qoyur.

"APA-Economics" bu barədə AYİB-ə istinadən xəbər verir.

Məlumata görə, AYİB-lə yanaşı, Asiya İnkişaf Bankı (AIB), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBOA) və Abu Dabi İnkişaf Fondu (ADIF) tərəfindən 114,2 milyon dollar məbləğində maliyyə paketinin təsdiqlənməsi Azərbaycanın enerji kompleksinin şaxələndirilməsinə böyük təkan verib. Vəsait Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MWt) fotovoltaik (PV) günəş elektrik stansiyasının istismara verilməsinə sərf olunacaq.

Bildirilib ki, maliyyələşdirmə "Abu Dhabi Future Energy" şirkətinə məxsus olan Qaradağ Günəş Elektrik Layihəsinin tərtibatçısı "Masdar Azerbaijan Energy" MMC-yə veriləcək. "Masdar" bərpa olunan enerji üzrə qlobal miqyasda fəaliyyət göstərən aparıcı şirkətdir və Bankın, AIB-in, YBOA-nın ve ADFD-nin mövcud müştərisidir. "Masdar"ın günəş enerjisi stansiyası Azərbaycanda ilk özəl, genişmiqyaslı günəş elektrik layihəsidir. Bugünkü razılaşma AYİB tərəfindən siyasət və investisiya səviyyəsində fəal şəkildə dəstəklənən Azərbaycanın bərpa olunan enerji bazarında özəl sektorun gələcək iştirakı üçün presedent yaradır. İstifadəyə verildikdən sonra stansiyanın 230 Megavat/saat (MWh) bərpa olunan enerjisi 558 Gigavat/saata (GWh) qədər elektrik enerjisi istehsalı ilə əvəzlənəcək və bu da illik CO2 emissiyalarının 265.000 tona qədər azalmasına səbəb olacaq.

Qeyd edilib ki, bu, təkcə Azərbaycanın dekarbonizasiyanı gücləndirməyəcək, eyni zamanda, daxili qazın ixrac üçün əlçatanlığını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Xatırladaq ki, AYİB bu günə kimi Azərbaycanda 181 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə ve qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR