Bank Of Baku

AYİB bu il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

AYİB bu il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
# 16 fevral 2023 10:58 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-nin artımını 2,5% proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Gələn il üçün isə iqtisadi artım 2,7% müəyyən edilib. Başqa sözlə, AYİB ötən ilin sentyabr proqnozuna hər hansı dəyişiklik etməyib.

Bankdan bildirilib ki, iqtisadi artımla bağlı əsas risklər davamlı inflyasiya, enerji qiymətlərində potensial azalma və struktur zəiflikləri ilə bağlıdır. Lakin qarşıdakı illərdə Azərbaycan qaz sənayesinə əlavə investisiyalardan da faydalana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR