Bank Of Baku

Azad olunan ərazilərdə 10 investisiya layihəsi təqdim olunub

Yusif Abdullayev

© APA | Yusif Abdullayev

# 03 fevral 2022 13:15 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların sayı 1 000-nə çatıb ki, onların 300-dən çoxu xarici ölkələrdən daxil olan müraciətlərdir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, xarici ölkələrdən daxil olan müraciətlərin 60-dan çoxu Macarıstandan gələn müraciətlərdir.

"Bura həm investisiya, həm də podradçı layihələri daxildir. Hazırda artıq real olaraq işğaldan azad olunan ərazilərdə 10 investisiya layihəsi hazırlanıb. Keramika istehsalı, tütün istehsalı, şərab istehsalı kimi layihələr təqdim olunub. Bu layihələri biz kataloq formasında həmkarlarımıza təqdim edirik",- deyə Y. Abdullayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR