Bank Of Baku

“Azər Türk Bank” inzibati xərclərini 2 dəfədən çox artırıb - HESABAT

“Azər Türk Bank” inzibati xərclərini 2 dəfədən çox artırıb - HESABAT
# 19 iyul 2022 10:28 (UTC +04:00)

“Azər Türk Bank” ASC 2022-ci ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, yanvar-iyun aylarında “Azər Türk Bank”ın gəlirləri 23,219 milyon manat (2021-ci ilin eyni dövrünə nisbətən 60% çox), xərcləri isə 22,231 milyon manat təşkil edib.
Bankın faiz gəlirləri 14,252 milyon manat (1,5 dəfə çox), faiz xərcləri 4,541 milyon manat (1,6 dəfə çox), xalis faiz gəlirləri isə 9,711 milyon manat (38,5%) təşkil edib.

Bu dövrdə ASC-nin qeyri-faiz gəlirləri 8,967 milyon manata (2 dəfə çox), qeyri-faiz xərcləri 17,690 milyon manata (53% çox) yüksəlib. Maraqlıdır ki, “Azər Türk Bank” bu dövrdə ümumi və inzibati xərclərini 2 dəfədən çox artırıb. Belə ki, 2021-ci ilin birinci yarısında bu göstərici 4 milyon manat olubsa, bu ilin eyni dövründə bank inzibati xərclərə 8,158 milyon manat ayırıb.
Bank hesabat dövründə mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 177 min manat ayırıb, mənfəət vergisi isə ödəməyib, son nəticədə bu ilin birinci yarım ilini 812 min manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrünə nisbətən 1,8 dəfə çoxdur. 2021-c ilin altı ayında bank 448 min manat xalis mənfəət açıqlamışdı.
Bu ilin iyulun 1-nə bankın aktivləri 47% artaraq 598,969 milyon manat olub. Bu dövrdə dövlət bankının kredit portfeli 23% böyüyərək 286,740 milyon manata çatıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 54,2% artaraq 540,352 milyon manata, cəmi kapitalı isə 3% artaraq 58,617 milyon manata, o cümlədən depozit portfeli 7.3% artaraq 222,609 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR