Bank Of Baku

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
# 07 may 2025 16:46 (UTC +04:00)

Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparılıb.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb.

Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin, AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR