Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı yeni inkişaf strategiyasının icrasına başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni inkişaf strategiyasının icrasına başlayıb
# 28 oktyabr 2019 15:08 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının bir aya yaxındır ki, öz yeni strategiyasının tətbiqinə başlayıb.

Bankdan "APA-Economics"ə verilə məlumata görə, yeni strategiyanın əsas məqsədi dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.

Yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün yeni strategiyada investisiya şirkətinin yaradılması nəzərdə tutulub.

Bankdan həmçinin bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,3 mlrd. manat, cəmi kapitalı 1,5 mlrd. manat, əməliyyat mənfəəti isə 250 mln. manat ətrafında olub. Bundan əlavə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə bankda müştəri hesablarının qalığı 800 mln. manat artaraq 5,4 mlrd. manata çatıb.

Bundan başqa, bank Azərbaycanda biznes qurumları arasında ilk dəfə olaraq əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər hazırlayan "IBA Tech" Akademiyasının açılışını edib və yüzdən çox tələbə artıq bu Akademiyada ödənişsiz qaydada proqramçı ixtisasına yiyələnir.

Eyni zamanda bankın "Visa" beynəlxalq ödəniş sistemi ilə birlikdə Azərbaycanda ilk dəfə NFC texnologiyası ilə ödənişlərin tətbiqinə başlanılıb, həmçinin çoxfunksiyalı dual kart məhsul olan "Tamkart"ı bazara təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR