Bank Of Baku

Azərbaycan bu il 590 mln. manat xarici investisiya cəlb edib

Azərbaycan bu il 590 mln. manat xarici investisiya cəlb edib
# 14 mart 2022 17:18 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 590,2 mln. manat həcmində xarici investisiya cəlb olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 10,6% azdır.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 554,7 mln. manatı (99%-i) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, ümumilikdə 2022-ci ilin ilk iki ayında Azərbaycanda əsas kapitala 1,340 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 2,1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR