Bank Of Baku

Azərbaycan əhalisi bu il əczaçılıq məhsullarına 505 mln. manat xərcləyib

Azərbaycan əhalisi bu il əczaçılıq məhsullarına 505 mln. manat xərcləyib
# 11 avqust 2021 15:25 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 505,4 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,3% artıb.

Cari ilin təkcə iyul ayında satışların həcmi 71,5 mln. manat təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 10,6% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR