Bank Of Baku

Azərbaycan əhalisi nağd dollar alışını 23% azaldıb

Azərbaycan əhalisi nağd dollar alışını 23% azaldıb
# 31 oktyabr 2019 17:25 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 1 837 945,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 549 971,0 min dollar və ya 23% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayında ölkə əhalisi tərəfindən 247 068,7 min dollar alınıb. Bu isə avqust ayına nisbətən 20 570,9 min dollar və ya 9,1% çox, cari ilin yanvar ayına nisbətən isə 52 558,7 min dollar və ya 17,5% azdır. Ötən ay əhali tərəfindən dollar alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 9 806,6 min dollar və ya 4,1% çoxdur.

Bundan başqa, yanvar-sentyabrda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 380 708,1 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 143 333,7 min dollar və ya 9,4% azdır.

Kommersiya bankları tərəfindən sentyabrda əhalidən alınan nağd dolların məbləği 135 983,6 min dollar təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 5 399,1 min dollar və ya 3,8%, cari ilin yanvar ayına nisbətən 27 687,7 min dollar və ya 16,9%, ötən ilin sentyabr ayına nisbətən isə 18 269 min dollar və ya 11,8% azalıb.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 3457 237,7 min dollar, sentyabrda isə 111 085,1 min dollar üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR