Bank Of Baku

Azərbaycan iqtisadiyyatı 2,7% böyüyüb

Azərbaycan iqtisadiyyatı 2,7% böyüyüb
# 12 avqust 2021 12:07 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 262,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 % artıb.

ÜDM istehsalının 40,3%-i sənaye, 10,3-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti,  1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR