Bank Of Baku

Azərbaycan iqtisadiyyatının kreditləşməsi 2024-cü ildə 21 mlrd. manata yaxınlaşacaq - BVF

Azərbaycan iqtisadiyyatının kreditləşməsi 2024-cü ildə 21 mlrd. manata yaxınlaşacaq - BVF
# 06 yanvar 2022 14:04 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda kredit təşkilatlarının (banklar, BOKT və kredit ittifaqları daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2024-cü ildə 20,8 mlrd. manata çatacaq.

"APA-Economics" BVF-yə istinadən verdiyi məlumata görə, 2022-ci ildə iqtisadiyyatın kreditləşməsi 17 mlrd. manatı keçəcək, 2023-cü ildə isə sözügedən göstərici 19 mlrd. manata yaxınlaşacaq.

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycan iqtisadiyyatın kreditləşməsinin həcmi 16,7 mlrd. manat təşkil edib ki, bu da son beş ildə qeydə alınan ən yüksək göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR