Son məlumatlara əsasən, Azərbaycanda bu ilin yanvar ayında istehlak qiymətləri illik ifadədə 12,5% artıb.
"APA-Economics"in məlumatına görə, ötən il ölkədə ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
Statistika Komitəsinin məlumatlarına əsasən, 2021ci ildə Azərbaycanda ən yüksək ortaillik inflyasiya Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb – 8,2%. Ən aşağı qiymət artımı isə Naxçıvan Muxtar Respublikasında olub – 3,2%.
Ayrı-ayrı şəhər və rayonlara gəldikdə, 2021-ci ildə ən yüksək ortaillik inflyasiya Tərtər və Ağstafa rayonunlarında olub – 9,9%, ən aşağı isə Naxçıvan şəhərində qeydə alınıb – 3,2%.
"APA-Economics" Azərbaycan şəhər və rayonlarının ötən ilki ortaillik inflyasiya üzrə renkinqini hazırlayıb – TOP-20:
|
# |
Rayonlar |
Ortaillik inflyasiya, % |
|
1 |
Tərtər |
9,9 |
|
2 |
Ağstafa |
9,9 |
|
3 |
Abşeron |
9,6 |
|
4 |
Ağdam |
9,6 |
|
5 |
Yardımlı |
9,4 |
|
6 |
Siyəzən |
9 |
|
7 |
Xaçmaz |
8,8 |
|
8 |
Lerik |
8,6 |
|
9 |
Tovuz |
8,4 |
|
10 |
Ucar |
8,4 |
|
11 |
Göyçay |
8,2 |
|
12 |
Biləsuvar |
8,1 |
|
13 |
Qax |
8 |
|
14 |
Goranboy |
7,8 |
|
15 |
Kürdəmir |
7,8 |
|
16 |
Neftçala |
7,7 |
|
17 |
Salyan |
7,7 |
|
18 |
Gədəbəy |
7,6 |
|
19 |
Astara |
7,5 |
|
20 |
Qobustan |
7,4 |