Bank Of Baku

"Azərbaycan Sənaye Bankı" 15% kiçilib

"Azərbaycan Sənaye Bankı" 15% kiçilib
# 22 iyul 2022 10:27 (UTC +04:00)

“Azərbaycan Sənaye Bankı” ASC 2022-ci ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu dövrdə xalis mənfəəti artasa da, bank ümumilikdə kiçilib.

Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 12,133 milyon manat (2021-ci ilin eyni dövrünə nisbətən 15,3% az), faiz xərcləri 5,278 milyon manat (34,2% az), xalis faiz gəlirləri isə 6,803 milyon manat (8% çox) olub.

Qeyd edək ki, faiz gəlirləri ilə müqayisədə faiz xərclərinin daha çox azalması xalis faiz gəlirlərini ötən ilin eyni dövrünə nisbətən artırıb.

Bankın qeyri-faiz gəlirləri 44,8% artaraq 4,277 milyon manata, qeyri-faiz xərcləri 9,4% artaraq 8,134 milyon manata, əməliyyat mənfəəti isə 1,6 dəfə artaraq 2,946 milyon manata çatıb.

“Azərbaycan Sənaye Bankı” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmaları 816,2 min manat azaldıb, bankın mənfəət vergisi ödəməsi isə 760,7 min manat təşkil edib.

Son nəticədə bank bu ilin ilk yarısını 3 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, 2021-ci ilin eyni dövründə ASB 1,113 milyon manat xalis mənfəət açıqlamışdı.

Bu ilin iyulun 1-nə Bankın cəmi aktivləri 14,7% azalaraq 737,932 milyon manat təşkil edib. Bankın kredit portfeli isə 0,2% böyüyüb. Belə ki, müştərilərə verilmiş kreditlərin həcmi 256,447 milyon manata çatıb.

Bu dövrdə bankın cəmi öhdəlikləri 17% azalaraq 629,854 milyon manata enib, cəmi kapitalı isə 2,8% artaraq 108,078 milyon manata yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR