2023-cü ilin yanvar-may aylarında Azərbaycanda sığorta yığımları 32,8% artaraq 566,434 milyon manata çatıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 35,2% artaraq 174,436 milyon manata bərabər olub.
Bu dövrdə sığorta bazarının zərərliliyi nisbətən artıb. Belə ki, 2022-ci ilin yanvar-may aylarında sığorta şirkətləri topladıqları hər 100 manatın 30,2 manatı ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu göstərici 30,8 manat təşkil edib.