2022-ci ilin birinci yarısında Azərbaycanda toplanılan sığorta haqları ötən ilin eyni dövrünə nisbətən 8,7% artaraq 491,6 milyon manata çatıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 174,9 milyon manat (29,5% az) təşkil edib.
Hesabat dövründə sığorta bazarının zərərliliyi 35,2% azalıb. Belə ki, bu ilin birinci yarısında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilibsə, 2021-ci ilin eyni dövründə bu rəqəm 54,9 manat təşkil etmişdi.