2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta yığımları 32% artaraq 648,945 milyon manata çatıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 35,2% artaraq 225,032 milyon manata bərabər olub.
Bu dövrdə sığorta bazarının zərərliliyi nisbətən azalıb. Belə ki, 2022-ci ilin ilk yarısında sığorta şirkətləri topladıqları hər 100 manatın 35,6 manatı ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu göstərici 34,7 manat təşkil edib.