Bank Of Baku

Azərbaycan sığorta bazarının həcmi 1 mlrd. manatı ötüb

Azərbaycan sığorta bazarının həcmi  1 mlrd. manatı ötüb
# 22 noyabr 2023 12:31 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımları 27,8% artaraq 1 mlrd. 19,745 milyon manata çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 26,7% artaraq 455,012 milyon manata yüksəlib.

Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 44,6 manata kimi azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR