Bank Of Baku

Azərbaycan şirkəti ilk dəfə olaraq Türkiyənin dövlət istiqrazlarını alıb

Azərbaycan şirkəti ilk dəfə olaraq Türkiyənin dövlət istiqrazlarını alıb
# 28 dekabr 2024 12:02 (UTC +04:00)

26 dekabr 2024-cü il tarixində ABB-İnvest İnvestisiya Şirkəti QSC (ABB-İnvest) Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək ilk dəfə olaraq Türkiyə kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.

APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankda Azərbaycan Respublikasdının Milli Depozit Mərkəzinin "E-vote" sistemi ilə bağlı keçirilən brifinqdə Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.

Milli Depozit Mərkəzinin dəstəyi ilə həyata keçirilmiş sınaq əməliyyatı nəticəsində ABB-İnvest öz hesabına Türk milli valyutasında denominasiya edilmiş Türkiyə dövlət istiqrazı əldə edib. İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 36 faiz, nominal dəyəri 100 Türk lirəsi, sayı isə 940 ədəddir.

O bildirib ki, bir çox ölkələrdən bu istiqamətdə əməkdaşlıq üzrə MDM-ə sorğular daxil olur:

"Milli Depozit Mərkəzi ilə hazırda Qazaxıstanın Mərkəzi Depozitarı arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR