İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili görüşüb.
Bu barədə nazir öz "Twitter" hesabında bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, görüşdə ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.