Bank Of Baku

Azərbaycan və İran ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı hədəfləyib

Seyid Abbas Musəvi

© APA | Seyid Abbas Musəvi

# 10 fevral 2022 11:42 (UTC +04:00)

"Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Təbii ki, iki ölkənin vətəndaşlarının gediş-gəlişi var, bu zaman olan dövriyyə hesablanmır".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 30%, o cümlədən Azərbaycanın İrana ixracı ötən il 11% artıb.

"Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik", - səfir bildirib.

Səfir onu da əlavə edib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri gündəmdədir. Səfərlərin münasib vaxtda həyata keçiriləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR