Bank Of Baku

Azərbaycan və Türkiyə mərkəzi bankları yeni layihələri müzakirə edib

Azərbaycan və Türkiyə mərkəzi bankları yeni layihələri müzakirə edib
# 10 fevral 2022 11:18 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti 7-8 fevral 2022-ci il tarixlərində İstanbul şəhərində işgüzar səfərdə olub.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Mərkəzi Bankı (TMB) əzdində fəaliyyət göstərən İstanbul Mərkəzi Bankçılıq Araşdırma və Təlim Mərkəzi, Türkiyə Banklar Birliyi Təlim Mərkəzi, Türk Sığorta İnstitutu Fondu və Kapital Bazarı Lisenziyalaşdırma, Reyestr və Təlim Agentliyində müxtəlif görüşlər keçirilib.

Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər zamanı Mərkəzi Bankın nümayəndə heyətinin TMB-nin ədr müavini Emrah Şenerlə görüşündə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək qiymətləndirilib, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR