Bank Of Baku

Azərbaycan yanvarda 300 mln. manatadək xarici investisiya cəlb edib

Azərbaycan yanvarda 300 mln. manatadək xarici investisiya cəlb edib
# 17 fevral 2022 10:47 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına xaricdən 296,1 mln. manat məbləğində investisiya yatırılıb.

"APA-Economics"in Azərbaycan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu məbləğ ötən ilin yanvar ayı ilə müqayisədə 14,5% azalıb. Xaricdən gələn investisiyalar əsas kapitala yönələn sərmayələrin 45%-ini təşkil edib.

Qeyd edək ki, xaricdən əsas kapitala yönəldilmiş vəsaitin 292,3 mln. manatı (98,7%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR