İlkin rəqəmlərə əsasən, 2021-ci ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1,133 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, illik müqayisədə 3,6% çoxdur.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycana daxil olan pul baratlarının həcmi 1,094 mlrd. dollar təşkil edib.