Bank Of Baku

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
# 26 dekabr 2024 10:24 (UTC +04:00)

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR