Paşha Bank
Bank Of Baku

“Fitch Solutions”: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

“Fitch Solutions”: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək
# 27 oktyabr 2026 15:41 (UTC +04:00)

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək.

“APA-Economics” xəbər verir ki, bu barədə "Fitch Group"a daxil olan “Fitch Solutions” şirkətinin Azərbaycanla bağlı pronqozunda bildirilib.

Hesabata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) 2026–2027-ci illərdə ehtiyatlı və iqtisadi göstəricilərə əsaslanan pul siyasəti yürüdəcəyi gözlənilir. Qurumun qiymətləndirməsinə görə, 2026–2027-ci illərdə inflyasiya təzyiqləri tədricən azalacaq. Bununla belə, yaxın regiondakı geosiyasi risklər səbəbindən Azərbaycan təchizat zəncirlərindəki dəyişikliklərə həssas olaraq qalacaq.

Hesabatda qeyd olunur ki, 2026-cı ilin iyununda Azərbaycanda illik inflyasiya 5,7% təşkil edərək Mərkəzi Bankın 2–6%-lik hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb. “Fitch Solutions” qiymət təzyiqlərinin güclənməsini qismən ABŞ–İran müharibəsi nəticəsində yaranan təchizat zənciri pozuntuları ilə əlaqələndirir.

Qurum bildirir ki, inflyasiya təzyiqlərinin artması Mərkəzi Bankın 2025-ci ilin dekabrında başladığı faiz endirimi prosesini ləngidib. Qiymətlərin yüksəlməsi risklərinin davam etməsi fonunda tənzimləyicinin növbəti qərarlarda da ehtiyatlı davranacağı gözlənilir.

Qeyd edək ki, Mərkəzi Bankın uçot dərəcəsi hazırda 6,5%, faiz dəhlizinin yuxarı 7,5%, aşağı həddi isə 5% təşkil edir. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını oktyabrın 29-da açıqlayacaq. İlin sonuncu faiz qərarı isə dekabrın 23-də açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR