Bank Of Baku

Azərbaycana xaricdən pul köçürmələri 58% azalıb

Azərbaycana xaricdən pul köçürmələri 58% azalıb
# 23 noyabr 2023 13:39 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 76.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 58% və ya 2 milyard 847.9 milyon manat, banklardan xaricə köçürmələr isə 38.5% və ya 323.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 924.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 840.6 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR