Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dək artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dək artıb
# 13 iyun 2022 16:59 (UTC +04:00)

Bu ilin iyun ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 684 699 olub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,7% artıb və 36 666 vahid təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3% artaraq 185 736-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR