Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 25,9 mln. manata yaxın sığorta haqqı toplanıb, 9,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
"APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 25,7%, ödənişlər isə 39,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 mln. manat (azalma 8,1%) məbləğində sığorta haqqı toplanıb, 201,7 mln. manat (artım 7,9%) məbləğində sığorta ödənişi həyata keçirilib.