Bank Of Baku

Azərbaycanda bank kartlarının sayı 17 milyona çatıb

Azərbaycanda bank kartlarının sayı 17 milyona çatıb
# 23 yanvar 2024 10:56 (UTC +04:00)

Banklar və “Azərpoçt” üzrə ötən il dövriyyədə olan ödəniş kartlarının sayı 16 milyon 925 min ədəd təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 360 min ədəd çoxdur.

Ödəniş kartlarının sayı 2022-ci illə müqayisədə isə 24.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR