2023-cü ilin iyun ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 282.8 milyon manat faiz gəliri əldə ediblər.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% və ya 58.5 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 128.2 milyon manat, xalis mənfəətləri isə 126.2 milyon manat təşkil edib.