Bank Of Baku

Azərbaycanda bankların aktivləri 3% artıb

Azərbaycanda bankların aktivləri 3% artıb
# 23 noyabr 2023 12:32 (UTC +04:00)

2023-cü ilin noyabr 1-nə Azərbaycanın bank sektorunun aktivləri 46,146.6 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabr 1-i ilə müqayisədə 3.3% çoxdur.


Bankların aktivlərinin 22, 459.7 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15.4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 43.6%-dən 48,7%-ə yüksəlib.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 2.6% artaraq 40, 233 milyon manata, o cümlədən depozit portfeli 2.8 % artaraq 33, 081 milyon manata çatıb. Bunun 12,271,1 milyon manatı fiziki, 20, 810.8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9% artıb, şirkətlərin banklardakı vəsaitləri isə 0.6% azalıb.

Bank sektorunun balans kapitalı isə 8.9% artaraq 5, 913.6 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR