Bank Of Baku

Azərbaycanda bankların xalis mənfəəti 18% artıb

Azərbaycanda bankların xalis mənfəəti 18% artıb
# 23 noyabr 2023 12:29 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 908.2 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 769.9 milyon manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, hesabat dövründə bankların faiz gəlirləri 29.4% artaraq 2 861 milyon manat, əməliyyat mənfəəti isə 22.6% artaraq 1 369.5 milyon manata bərabər olub.
2023-cü ilin 10 ayında banklar tərəfindən 237.8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR