Bank Of Baku

Azərbaycanda bankların xalis mənfəəti 3%-dən çox azalıb

Azərbaycanda bankların xalis mənfəəti  3%-dən çox azalıb
# 25 dekabr 2024 11:12 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 966.5 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 3.1% və ya 30.9 milyon manat azdır. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektoru 997.4 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların faiz gəlirləri 13.3% artaraq 3 milayrd 598.6 milyon manata, əməliyyat mənfəəti isə 1% artaraq 1 535.8 milyon manata bərabər olub.

2024-cü ilin 11 ayında bankların mənfəət vergisi 232.3 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR