Azərbaycanda yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində işlər görülüb.
Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub.
Manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.