Azərbaycanda daşınmaz əmlakla bağlı ödəniş daxilolmaları 67% artıb

Azərbaycanda daşınmaz əmlakla bağlı ödəniş daxilolmaları 67% artıb
# 15 aprel 2024 11:21 (UTC +04:00)

2024-cü ilin birinci rübündə daşınmaz əmlakla əlaqədar əməliyyatlar iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 66.7% və ya 80.3 mln. manat artaraq 200.8 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, bu sahədə artıma töhfə verən əsas qruplar şəxsi daşınmaz əmlakın istismara verilməsi (49.8 mln. manat artım) və şəxsi daşınmaz əmlakın alınması və satılması (15.3 mln. manat) olub.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.3%-i təşkil etməklə 4.8 mlrd. manat, qeyri-ticari sektorda isə 80.7%-i təşkil etməklə 20 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR