Bank Of Baku

Azərbaycanda dövlət şirkəti 65 mln. manatdan çox xalis mənfəət əldə edib - Hesabat

Azərbaycanda dövlət şirkəti 65 mln. manatdan çox xalis mənfəət əldə edib - Hesabat
# 19 iyun 2023 17:46 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 26.4% artaraq 65 milyon 441 min manat təşkil edib. 2021-ci ildə şirkət 51 milyon 792 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə gəlirləri 570 milyon 71 min manat (illik müqayisədə 24.2% çox), satışın maya dəyəri 369 milyon 444 min manat( illik müqayisədə 20.7% çox) təşkil edib ki, bununlada şirkət 200 milyon 627 min manat( 2021-ci illə müqayisədə 31% çox) ümumi mənfəət əldə edib. Bu dövrdə şirkətin ümumi xərcləri 140 milyon 159 min manata ( illik müqayisədə 23.2% çox), digər əməliyyat gəlirləri isə 32 milyon 827 min manata (illik müqayisədə 50.9% çox) bərabər olub. Beləliklə şirkət 93 milyon 295 min əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 36.6% və ya 25 milyon manat çoxdur.

2022-ci ildə şirkətin cəmi aktivləri 3.4% və ya 44 milyon 208 min manat artaraq 1 milyard 335,4 milyon manat, cəmi öhdəlikləri isə 20.3% və ya 41 milyon 233 min manat azalaraq 161 milyon 726 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin cəmi kapitalı 1 milyard 173.6 milyon manat olub ki, bu da illik müqayisədə 7.9% və ya 85 milyon 441 min manat çoxdur.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımalar ilə məşğul olur. 5973 nəfər işcisi olan şirkətin nizamnamə kapitalı 441 milyon 51 min manatdır və 100 % dövlətə məxsusdur

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR