2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində xarici maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 999,9 milyon manat dəyərində əməliyyat aparılıb.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% və ya 100.1 milyon manat azalıb.
Xatırladaq ki, cari ilin iyun ayında 148,6 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da illik müqayisədə 28% və ya 55 milyon manat azdır.