Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5% artıb
# 14 mart 2022 17:30 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5% artaraq 1 404,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 055,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2%-ni təşkil edib.

Cari ilin ilk iki aylarında hər bir ölkə sakini orta hesabla 139,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR