Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6% artıb
# 15 aprel 2024 12:41 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artaraq 2827,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2136,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6%-ni təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 277,6 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR