Bank Of Baku

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 10%-dən çox artıb

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 10%-dən çox artıb
# 12 iyul 2023 12:49 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4% çox vəsait yönəldilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4322,9 milyon manatı və ya 60,5%-i məhsul istehsalı sahələrinə, 2426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5048,7 milyon manatı və ya 70,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xatırladaq ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 33,8%, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4%, sair vəsaitlər isə 7% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR