Bu ilin sentyabr ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 491,3 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,7% və ya 221,6 mln. manat çoxdur.
"APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8,4% (235 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21,8% (665,3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8,5% (443,7 mln. manat) azalıb.
Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12,2% və ya 1 259,8 mln. manat artaraq 11 571,3 mln. manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib. İlin əvvəlindən müddətli depozitlər 86,3% və ya 1 250,9 mln. manat artaraq 2 700,6 mln. manata çatıb.