Bank Of Baku

Azərbaycanda geniş pul kütləsinin artım tempi zəifləyib

Azərbaycanda geniş pul kütləsinin artım tempi zəifləyib
# 22 fevral 2022 14:54 (UTC +04:00)

Bu ilin yanvarın 31-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,648 mlrd. manat təşkil edib. Bu, yeni tarixi maksimumdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici tarixi maksimuma çatmasına baxmayaraq, artım tempi zəifləyib. Belə ki, dekabrda M3 4,9% artıdığı halda, yanvarda cəmi 0,003% artıb.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi həcmi 7,4% artacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR