Bank Of Baku

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
# 22 iyun 2023 11:26 (UTC +04:00)

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 251 mln. 889,8 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 158 mln. 776,5 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 42.6% və ya 75 mln. 222,3 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.3% və ya 17 mln. 378,7 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 85% artaraq 55 mln. 164.6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 1% azalaraq 39 mln. 413.8 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-may aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 37.3 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-may aylarında 28.8 manata bərabər olub. Bu ilin yanvar-may aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24.8 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 28.2 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR